[b]"Kəpəz"in 15 aylıq "Qəbələ" sindromu[/b]
14.04.2017 - 23:00
[b]"Kəpəz"in 15 aylıq "Qəbələ" sindromu[/b]

Azərbaycan Premyer Liqasının XXVI turunda "Kəpəz"lə "Qəbələ" 16-cı dəfə üz-üzə gələcək. Apasport.az saytının məlumatına görə, aprelin 16-da keçiriləcək qarşılaşma öncəsi "Qəbələ"nin cüzi üstünlüyü diqqət çəkir.

 

Belə ki, 2010-cu ildən bəri tərəflər arasında baş tutan duellərin 6-da "qırmızı-qaralar", 4-də isə gəncəlilər qalib gəliblər. Komandalar 5 dəfə meydanı "sülh"lə tərk ediblər.

 

Top fərqində də üstün olan "Qəbələ" (15:12) rəqibi ilə keçirdiyi son 4 çempionat oyununda 3 qələbə, 1 heç-heçəyə imza atıb. "Kəpəz" axırıncı dəfə ötən il yanvarın 30-da - yəni 15 ay əvvəl qalibiyyət üzü görüb.

 

Ancaq digər tərəfdən Gəncə səfərinin şimallılar üçün arzuolunmaz olduğunu da vurğulamaq etmək lazımdı. Çünki çempionatda ikinci pillədə qərarlaşan komanda Gəncədə indiyə qədər cəmi 1 dəfə qələbəyə sevinib. Digər 6 matçın 3-dən yenilgiyə üzülən "Qəbələ" 3 dəfə də evə əliboş dönüb.

 

Qeyd edək ki, aprelin 16-da keçiriləcək "Kəpəz" - "Qəbələ" oyunu saat 16:00-da başlayacaq.