Avropa Liqasının II təsnifat mərhələsində "Kəpəz"in rəqibi olan "Admira" Avstriya Kubokunun yeni mövsümündə ilk oyununu keçirib. Apasport.az xəbər verir ki, sözügedən komanda səfərdə "Dornbirner"lə qarşılaşıb.
Matç "Kəpəz"in rəqibinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Kristof Monşayn dubla imza atdığı oyunda digər qolları Toni Vastiç və Markus Bluç vurub. Komandanın daha bir üzvü Fabio Ştrauss isə 70-ci dəqiqədə (hesab 2:0 olarkən) qırmızı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, "Kəpəz"lə "Admira" arasında Avstriyada keçirilmiş oyunda komandamız 0:1 hesablı məğlubiyyətlə üzləşib. Cavab oyunu iyulun 20-də Bakıda keçiriləcək.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA