[b]"Mançester Yunayted" və "Bavariya"nın da skautu Azərbaycana gələcək[/b]
22.04.2016 - 15:02
[b]"Mançester Yunayted" və "Bavariya"nın da skautu Azərbaycana gələcək[/b]

Mayın 5-dən 21-dək keçiriləcək UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 turnirinə daha 6 klubun skautu gələcək. Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Mançester Yunayted” (İngiltərə), “Bavariya” (Almaniya), “Monako” (Fransa), “Benfika” (Portuqaliya), “Zalsburq” (Avstriya) və “Midlsbro” (İngiltərə) klublarının seleksiyaçıları da Bakıdakı yarışı canlı izləyəcəklər.

 

Onlar ölkəmizə səfər edəcəkləri ilə bağlı AFFA-ya müraciət ünvanlayıblar.

 

Qeyd edək ki, bundan öncə “Mançester Siti”, “Arsenal”, “Sevilya” və “Portu” klublarının Azərbaycandakı yarışa gələcəkləri bəlli olmuşdu.