[b]"Neftçi" Gəncəyə yollandı[/b]
26.11.2016 - 13:37
Topaz Premyer Liqasının XIII turu çərçivəsində "Kəpəz”lə qarşılaşacaq "Neftçi” Bakını tərk edib. Apasport.az klubun saytına istinadən xəbər verir ki, “ağ-qaralar” bu gün səhər saatlarında Gəncəyə yola düşüblər.
Elxan Abdullayevin yetirmələri saat 14:00-da Gəncədə oyunöncəsi məşqə çıxacaqlar.
Qeyd edək ki, noyabrın 27-də Gəncə şəhər stadionunda keçiriləcək "Kəpəz” – "Neftçi” matçı saat 14:00-da başlanacaq.
0
0