[b]"Neftçi"nin 4 futbolçusu Rusiyaya gedir[/b]
08.06.2016 - 14:35
"Neftçi”nin 4 futbolçusu Azərbaycan yığmasına dəvət olunub. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, söhbət Fərid Mahmudov, Mehman Süleymanov, Bəşir Aylarov və Elton Əlibəylidən gedir.
Adıçəkilən oyunçular U-17 millimizə çağırılıblar.
Onlar iyunun 10-dan 25-dək Rusiyanın Rostov şəhərində keçiriləcək təlim-məşq toplanışında iştirak edəcəklər.
0
0