Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçları çərçivəsində keçiriləcək "Qarabağ" - "Samtredia" (Gürcüstan) qarşılaşması üçün biletlərinin qiymətləri açıqlanıb. Apasport.az Ağdam təmsilçisinin saytına istinadən məlumat verir ki, sabah saat 12:00-dan satışa çıxarılacaq biletlər 1-30 manat arası dəyişir.
Belə ki, 1-5 və 24-28 nömrəli sektorlardan matçı izləmək istəyən azarkeşlər 1 manatından keçməli olacaqlar. 6-10 və 19-23 nömrəli sektorlar üçün bilet 2, 11-13, 29, 38 və 14-18 nömrəli sektorlar üçün 5 manata satılacaq. VİP biletlərin qiyməti isə 30 manat olacaq.
Qeyd edək ki, "Qarabağ" – “Samtredia" qarşılaşması iyulun 11-i saat 21:00-da start götürəcək.