[b]"Qarabağ" qol vuracaq, "İnter" uduzmayacaq?[/b]
14.04.2017 - 23:41
[b]"Qarabağ" qol vuracaq, "İnter" uduzmayacaq?[/b]

"İnter"lə "Qarabağ" aprelin 16-da tarixləri ərzində 51-ci duelə çıxacaqlar. Apasport.az saytının məlumatına görə, XXVI tur çərçivəsində keçiriləcək görüş öncəsi ağdamlılar böyük üstünlüyə malikdilər.

 

2000-ci ildən başlanan rəqabətdə "Qarabağ" 21 dəfə qələbəyə sevinibsə, "İnter" bunun 12-nin cavabını verə bilib. 17 matçda isə bərabərlik qeydə alınıb. Top fərqində də "Qarabağ" öndədi - 54:32.

 

Ancaq son matçların statistikası bakılıları ümidləndirir. Belə ki, "İnter" axırıncı 3 görüşdə rəqibinə uduzmayıb və aktivinə 7 xal yazdırıb (2 qələbə, 1 bərabərlik). Yəni Qurban Qurbanov cari mövsümdə Zaur Svanadzeni üstələyə bilməyib.

 

Tərəflərin "İnter Arena"da keçirilən son 4 matçının hər birində "Qarabağ"ın qol vurması da diqqətçəkən məqamdı.

 

Qeyd edək ki, aprelin 16-da oynanılacaq "İnter" - "Qarabağ" qarşılaşması saat 18:30-da start götürəcək.