[b]"Qarabağ"da ciddi itki: Uşaqları Kintanaya yaxın buraxmadılar[/b]
03.02.2017 - 15:29
[b]"Qarabağ"da ciddi itki: Uşaqları Kintanaya yaxın buraxmadılar[/b]

Azərbaycan Premyer Liqasının XVI turunda AZAL-ın qonağı olan "Qarabağ" daha bir futbolçunu itirib. Apasport.az saytının məlumatına görə, Ağdam klubunun yarımmüdafiəçisi Dani Kintana zədələnib.

 

Qarşılaşmanın 20-ci dəqiqəsində orta sahədə zədə alan ispaniyalı futbolçu meydana dərhal həkimləri çağırıb. İlkin tibbi müayinədən sonra o, xərəklə meydandan çıxarılıb. Lakin xərəyi azyaşlı uşaqlar daşıdığından, futbolçular onları geri göndəriblər. Nəticədə Kintananı xərəklə meydanın kənarına hər iki komandanın oyunçuları çıxarıblar.

 

Problemin Kintananın diz bağlarında yarandığı bildirilir. İlkin ehtimala görə, yarımmüdafiəçi uzun müddətə sıradan çıxıb.

 

Baş məşqçi Qurban Qurbanov isə mübarizəni davam etdirə bilməyən Kintananı Əfran İsmayılovla əvəzləyib.

 

Qeyd edək ki, AZAL - "Qarabağ" görüşündə hazırda meydan sahibləri 1:0 hesabı ilə öndədilər.