[b]"Qarabağ"ın legionerinin tənqid etdiyi məşqçi qovuldu[/b]
22.12.2016 - 17:16
CAR yığması baş məşqçisiz qalıb. Apasport.az saytı xəbər verir ki, Efraim Maşaba postundan uzaqlaşdırılıb.
CAR Futbol Federasiyasının yaydığı xəbərdə bildirilir ki, bu dəfə adıçəkilən çalışdırıcı ilə yollar birdəfəlik ayrılıb.
Bir müddət öncə “Qarabağ”ın hücumçusu Dino Ndlovu açıqlama verərək, Maşabadan narazılıq etmişdi. O, Maşabanın baş məşqçi postunda olduğu müddətdə CAR yığmasına çağırılacağı halda belə, milliyə getməyəcəyini demişdi.
Qeyd edək ki, bu ildən “Qarabağ”ın formasını geyinən Ndlovu millidə debüt oyununu 2012-ci ildə keçirib.
0
0