[b]"Qarabağ"lı liderliyi kənardan izlədi[/b]
07.10.2016 - 01:24
[b]"Qarabağ"lı liderliyi kənardan izlədi[/b]

DÇ-2018-in seçmə mərhələsində səfərdə Lixtenşteynlə qarşılaşan Albaniya millisi 2:0 hesablı qələbəyə sevinib. Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın albaniyalı müdafiəçisi Ansi Aqolli bu oyunda çıxış etməyib.

 

Müdafiəçinin adı iştirak ərizəsinə salınsa da, meydanda ona ehtiyac olmayıb.

 

Qeyd edək ki, bu qələbə ilə xalını 6-a yüksəldən balkanlılar İspaniya və İtaliyanı qabaqlayaraq, qrupda birinci pilləyə yüksəliblər.