[b]"Qəbələ" - "Yagelloniya": biletlər satışa çıxarılır[/b]
10.07.2017 - 14:31
[b]"Qəbələ" - "Yagelloniya": biletlər satışa çıxarılır[/b]

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Qəbələ" - "Yagelloniya" (Polşa) oyununun biletləri satışa çıxarılır. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, biletləri bu gün saat 15:00-dan etibarən almaq mümkün olacaq.

 

Azarkeşlər bunun üçün Tofiq Bəhramov adına Respublika Stadionunun və 8-ci km qəsəbə stadionunun kassalarına müraciət edə bilərlər. Qiymətlər sektorlardan asılı olaraq, 1 manat və 2 manat, VİP sektorlar üçün isə 10 manatdı.

 

Qeyd edək ki, iyulun 13-də 8-ci km qəsəbə stadionunda keçiriləcək "Qəbələ" - "Yagelloniya" matçı saat 21:00-da başlayacaq.