"Roma"nın əfsanəvi futbolçularından hesab edilən Daniele de Rossi karyerasını doğma klubunda başa vuracaq. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 34 yaşlı yarımmüdafiəçi yeni müqavilə imzalamağa hazırlaşır.
Rəhbərlik futbolçunun cari mövsümün sonuna qədər olan anlaşmasının müddətini daha 2 illik uzatmağı təklif edib. Buna "hə" cavabını verən de Rossi məvacibində də güzəştə razılıq verib. Belə ki, hazırda illik maaşı 6,5 milyon avro olan İtaliya millisinin üzvü gələn mövsümdən 3 milyon avro qazanacaq. De Rossi məhz bundan sonra karyerasını başa vurmaq fikrindədi.
Qeyd edək ki, kapitan Françesko Totti kimi, karyerası yalnız "Roma" ilə bağlı olan Daniele de Rossi 2001-ci ildən "canavarlar"ın formasını geyinir.