[b]"Səbail"in Türkiyədəki rəqibləri bəlli oldu[/b]
03.07.2017 - 18:03
[b]"Səbail"in Türkiyədəki rəqibləri bəlli oldu[/b]

İyulun 10-dan 27-dək Türkiyənin Kartepe qəsəbəsində təlim-məşq toplanışında olacaq "Səbail"in yoldaşlıq oyunu keçirəcəyi komandalar müəyyənləşib. Apasport.az-ın klubun rəsmi feysbuk səhifəsinə istinadən məlumatına məlumatına görə, paytaxt təmsilçisinin ilk rəqibi iyulun 13-də Omanın U-23 yığması olacaq.


İyulun 15-də son mövsümü İran Pro-liqasında 4-cü pillədə başa vuran "Zob Ahan"la üz-üzə gələcək "aslanlar" iyulun 20-də Səudiyyə Ərəbistanını təmsil edən "Əl İttifaq" ilə qarşılaşacaq. 3 gün sonra "Səbail"in rəqibi Özbəkistan təmsilçisi "Paxtakor" olacaq.


Komanda hazırlıq prosesi çərçivəsində son oyununu iyulun 26-da Səudiyyə Ərəbistanının "Əl Raed" klubuna qarşı keçirəcək.