[b]"Şkendiya" - "Neftçi": Lambrext və həmyerliləri[/b]
17.07.2016 - 23:22
[b]"Şkendiya" - "Neftçi": Lambrext və həmyerliləri[/b]

Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Makedoniyada keçiriləcək "Şkendiya" - "Neftçi" görüşünün hakimlərinin adları açıqlanıb. Apasport.az saytının xəbərinə görə, qarşılaşmanı idarə etmək belçikalı hakimlər briqadasına həvalə olunub.

 

Baş hakim Erik Lambrextə Karel de Roker və Jo de Veyrdt yardım edəcək. Dördüncü hakim isə  Frederik Geldhofdu.

 

Erik Lambrext bundan əvvəl də Avropa Liqasında klublarımızdan birinin oyununa təyinat alıb. O, ötən il noyabrın 25-də Dortmunda "Borussiya" - "Qəbələ" matçında baş hakim Sebastyan Delferienin köməkçilərindən biri  olub.  Həmin görüşdə təmsilçimiz 0:4 hesabı ilə uduzmuşdu.

 

Xatırladaq ki, "Neftçi" və "Şkendiya" arasında Bakıda keçirilmiş ilk oyunda hesab açılmamışdı.