Azərbaycan Premyer Liqasının III turunda “Zirə” ilə qarşılaşmanın ardından 2 günlük istirahətə buraxılan “Sumqayıt” məşqləri bərpa edib. Apasport.az klubun saytına istinadən məlumat verir ki, bu gün Sumqayıt şəhər stadionunda məşqə çıxan Samir Abasovun yetirmələri əsasən toplu çalışmalar və taktiki gedişlər üzərində çalışıb.
Xəyal Nəcəfov, Bəhlul Mustafazadə və Ehtiram Şahverdiyev U-21 millinin heyətində olduqları üçün hazırlıqda iştirak etməyiblər. Kapitan Vurğun Hüseynov isə zədəsini tam sağaldaraq, komandaya qoşulub.
Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” qarşılaşması sentyabrın 10-da keçiriləcək.