Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” sabah növbəti yoxlama oyununa çıxacaq. Apasport.az xəbər verir ki, Samir Abasovun yetirmələri bu dəfə Türkiyə 1-ci liqa təmsilçisi "Adana Demirspor"la qarşılaşacaq. Qarşılaşma yerli vaxtla saat 16:00-da başlayacaq.
"Adana Demirspor" 2015/2016 mövsümünü 1-ci liqada 4-cü pillədə tamamlayaraq Superliqaya yüksəlmək uğrunda pley-off mərhələsinə vəsiqə qazanıb. Adana təmsilçisi bu mərhələdə iki oyunun nəticəsinə görə "Elazığspor"dan üstün olub finala yüksəlsə də, həlledici görüşdə penaltilər seriyasından sonrası "Alanyaspor"a məğlub olmaqla Superliqaya yüksəlmək şansını itirib.
Xatırladaq ki, "Sumqayıt" Boludakı ilk yoxlama matçında Səudiyyə Ərəbistanı təmsilçisi "Al Xalic"ə 1:3 hesabı ilə məğlub olmuşdu.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA