[b]Abbasov “Neftçi”yə qayıtdı[/b]
01.05.2017 - 12:56
[b]Abbasov “Neftçi”yə qayıtdı[/b]

Mövsüm başa çatar-çatmaz hərəkətə gələn “Neftçi” gələn mövsümün planlarını cızmağa başlayıb. Apasport.az saytının məlumatına görə, 4 futbolçu ilə yollarını ayıran paytaxt təmsilçisinin heyətinə 2 yeni oyunçu qoşulub.

 

“İnter”in qapıçısı Səlahət Ağayevi transfer edən “ağ-qaralar” “Sumqayıt”ın hücumçusu Mirabdulla Abbasovu da geri qaytarıb. Belə ki, 22 yaşlı forvardın icarə əsasında formasını geyindiyi “Sumqayıt”da cari mövsümdəki çıxışı “Neftçi”nin məşqçilər korpusunun ürəyincə olub. Nəticədə futbolçunun geri qaytarılmasına qərar verilib.

 

Qeyd edək ki, Mirabdulla Abbasov bu mövsüm Premyer Liqada 27 oyun keçirib (1808 dəqiqə), 8 qola imza atıb.