[b]Abışovun ilk xəbərdarlığı "Neftçi"yə baha başa gəldi[/b]
04.02.2017 - 10:09
[b]Abışovun ilk xəbərdarlığı "Neftçi"yə baha başa gəldi[/b]

Premyer Liqanın XVI turunun ilk oyun günü iki futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, Sadio Tounkara və Ruslan Abışov növbəti turda komandalarına kömək edə bilməyəcək.

 

Sonuncu “Neftçi”nin “Qəbələ” ilə səfər oyununda “fərqlənib”. O, cari mövsümdəki sarı vərəqə sayını 4-ə çatdırıb. Bu, onun Bakı klubuna qayıdışından sonra ilk xəbərdarlığı olsa da, mövsümün birinci yarısında “İnter”in heyətində alınan 3 “sarı” Abışovun yolunda “qırmızı işıq” yandırıb. Ruslan fevralın 9-da məhz “İnter”lə səfər matçını buraxmalı olacaq.

 

Tounkara isə qırmızı vərəqə üzündən cəzalı durumdadı. Malili legioner AZAL-ın “Qarabağ”la ev oyununda hakim səhvi üzündən meydandan kənarlaşdırılıb. O, ikinci sarı vərəqə üzündən “qırmızı” aldığından növbəti turun “Qəbələ” ilə səfər matçını buraxacaq.