Avropa Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, bir gün əvvəl start götürən mərhələdə daha 21 qarşılaşma baş tutub.
Azərbaycan təmsilçilərindən “Qəbələ” Sloveniya “Maribor”unu 3:1 hesabı ilə yenibsə, “Qarabağ” isveçdə “Höteborq”a uduzub – 0:1.
İlk oyunlar qonşu Türkiyə klubları üçün uğurlu olub. Düzdü, “Başakşehir” güclü “Şaxtyor” qarşısında aciz qalıb – 1:2. Dik Advokatın debüt oyununda “Fənərbaxça” “Qrasshoppers”i 3:0, “Osmanlıspor” isə Danimarka səfərində “Midtyulland”ı 2:1 hesabı ilə yenib.
Günün ən gözlənilməz nəticəsi Astanada qeydə alınıb. Belarus çempionu BATE isə Qazaxıstanda “Astana”ua uduzub – 0:2.
Avropa Liqası
Pley-off mərhələsi
İlk oyunlar
18 avqust
“Astana” (Qazaxıstan) - BATE (Belarus) -2:0
“Dinamo” (Tiflis, Gürcüstan) - PAOK (Yunanıstan) - 0:3
“Sonderyuske” (Danimarka) – “Sparta” (Praqa, Çexiya) - 0:0
“Midtyulland” (Danimarka) – “Osmanlıspor” (Türkiyə) - 0:1
“Krasnodar” (Rusiya) – “Partizani” (Albaniya) - 4:0
AEK (Kipr) – “Slovan” (Liberets, Çexiya) - 0:1
“Austria” (Vyana, Avstriya) – “Rusenborq” (Norveç) - 2:1
“Qəbələ” (Azərbaycan) – “Maribor” (Sloveniya) - 3:1
“Höteborq” (İsveç) – “Qarabağ” (Azərbaycan) - 1:0
“Makkabi” (Təl-Əviv, İsrail) – “Hayduk” (Xorvatiya) - 2:1
“Slaviya” (Çexiya) – “Anderlext” (Belçika) - 0:3
“Başakşəhər” (Türkiyə) – “Şaxtyor” (Ukrayna) - 1:2
“Fənərbaxça” (Türkiyə) – “Qrasshoppers” (İsveçrə) - 3:0
“Voyvodina” (Serbiya) – “Alkmaar” (Hollandiya) - 0:3
“Lokomotiv” (Xorvatiya) – “Genk” (Belçika) - 2:2
“Panatinaikos” (Yunanıstan) – “Brondbü” (Danimarka) - 3:0
“Astra” (Rumıniya) – “Vest Hem” (İngiltərə) - 1:1
“Gent” (Belçika) – “Şkendiya” (Makedoniya) - 2:1
“Sassuolo” (İtaliya) – “Srvena Zvezda” (Serbiya) - 3:0
“Arouka” (Portuqaliya) – “Olimpiakos” (Yunanıstan) 0:1
“Trençin” (Slovakiya) – “Rapid” (Avstriya) - 0:4