[b]AFA baş məşqçini istefaya göndərdi[/b]
07.04.2017 - 09:21
[b]AFA baş məşqçini istefaya göndərdi[/b]

Argentina millisinin baş məşqçisi Edqardo Bausa vəzifəsindən uzaqlaşdırılıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Argentina Futbol Assosiasiyası (AFA) 59 yaşlı mütəxəssislə yollarını ayırıb.

 

Buna səbəb komandanın DÇ-2018-in seçmə mərhələsində uğursuz çıxışıdı. Xüsusən də, XIV turda Boliviyaya (0:2) məğlubiyyət assosiasiyanı belə bir qərara vadar edib. AFA gələn həftə bu məlumatı rəsmən açıqlamağı planlaşdırır.

 

Qeyd edək ki, Argentina yığması 14 turdan sonra 22 xalla 5-ci pillədə qərarlaşır.