[b]AFFA-dan 800 manatlıq cərimə[/b]
05.10.2017 - 12:33
[b]AFFA-dan 800 manatlıq cərimə[/b]

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının VII turunun oyunlarında baş verən qayda pozuntularına hüquqi qiymət verilib.

 

Turun yeganə xoşagəlməz hadisəsi “Qəbələ” – “Kəpəz” matçında yaşanıb. Meydan sahiblərinin 4 sarı vərəqə alması klubun 800 manat cərimələnməsi ilə nəticələnib.