[b]AFFA-dan açıqlama: Bədavinin kapitan olması...[/b]
27.03.2016 - 14:52
[b]AFFA-dan açıqlama: Bədavinin kapitan olması...[/b]

Qazaxıstanla hazırlıq matçının gedişində milli komandamızın kapitanı Rəşad Sadıqovun əvəzlənərkən kapitanlıq sarğısını komanda yoldaşı Bədavi Hüseynova ötürməsi geniş müzakirələrə səbəb olmuşdu. Apasport.az saytının məlumatına görə, AFFA bu məsələ ilə bağlı rəsmi feysbuk hesabından açıqlama yayaraq, müzakirələrə münasibət bildirib.

 

Federasiyanın açıqlamasını diqqətinizə çatıdırırıq:

 

“Ötən mövsüm milli komandanın kapitanı Rəşad Sadıqov, vitse-kapitan Rahid Əmirquliyev, ehtiyat kapitan Vüqar Nadirov olub. Növbəti mövsümün əvvəlində kapitan, vitse ve ehtiyat kapitanın adı açıqlanacaq.

 

Dünən keçirilən Azərbaycan-Qazaxıstan beynəlxalq yoldaşlıq oyununda kapitan sarğısı ilə meydana çıxan Rəşad əvəzləndiyindən, kapitan sarğısı baş məşqçinin qərarı ilə millidə ən çox oyun keçirən 2 nəfərdən birinə - Kamran Ağayevə və ya Bədavi Hüseynova verilməli idi. Kamranın ikinci hissədə əvəzlənməsi nəzərdə tutulduğundan, kapitan sarğısı Bədaviyə verilib.

 

Qeyd edək ki, bu oyunu Rahid zədəyə görə buraxmalı olub, Vüqar isə milliyə cağırılmayıb”.