[b]AFFA-dan Elxan Məmmədova ağır sanksiya[/b]
22.03.2016 - 14:07
[b]AFFA-dan Elxan Məmmədova ağır sanksiya[/b]

Bu gün növbəti dəfə bir araya gələn AFFA İntizam Komitəsi (İK) I Divizionun XVIII turunda baş vermiş neqativ halları müzakirə edib. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, İK “Mil-Muğan” – “Şəmkir” görüşü ilə bağlı sərt qərarlar qəbul edib.

 

Matç başa çatdıqdan sonra "Mil-Muğan"ın futbolçusu Elxan Məmmədov "Şəmkir"in texniki zonasına yaxınlaşaraq rəqibin üzvü Qeyrət Qənbərova hücum çəkib, ona xəsarət yetirib, azarkeşlərin meydana daxil olmasına və hər iki klub arasında qarşıdurmaya səbəb olub. Baş vermiş insident qısa zamanda aradan qaldırılıb.

 

İntizam Komitəsi baş vermiş hadisəyə uyğun olaraq bu qərarları qəbul edib;

- Hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün komandalar 100 manat məbləğində cərimə olunub.

- Oyunun 88-ci dəqiqəsində "Şəmkir"in futbolçusu Bəhruz Teymurov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

- "Mil-Muğan"ın oyunçusu Elxan Məmmədov rəqibə qarşı sərt davranışa və baş vermiş hadisənin əsas səbəbkarı olmasına görə, 12 aylıq yarışlardan kənarlaşdırılıb, klub 1500 manat cərimə olunub.

- Oyun zamanı təhlükəsizlik tam təmin olunmadığına görə meydan sahibi klub 500 manat cərimə olunub.

- PFL baş vermiş hadisə ilə bağlı oyunda təhlükəsizliyə birbaşa cavabdeh olan  dövlət qrumuna təhlükəsizlik tədbirlərinin daha yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı müraciət etsin.