[b]AFFA-dan sərt xəbərdarlıq: Ciddi sanksiyalar olacaq[/b]
18.11.2016 - 11:29
[b]AFFA-dan sərt xəbərdarlıq: Ciddi sanksiyalar olacaq[/b]

AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiya nəticəsi şübhə doğuran oyunlarla əlaqədar araşdırmalarını davam etdirir. Apasport.az saytının məlumatına görə, komissiyanın qərarına əsasən I divizion komandaları arasında bu gün keçiriləcək oyunlara nəzarət daha da gücləndiriləcək.

 

Belə ki, bu məqsədlə hakimlər komandalara da ciddi tapşırıqlar verəcək. Oyundan əvvəl hakimlər məşqçilər və  futbolçularla görüşərək komissiyanın tapşırıqlarını onların nəzərinə çatdıracaq. Komissiya tərəfindən bu istiqamətdə aparılan araşdırmaların nəticələri  AFFA-nın İcraiyyə Komitəsinə  təqdim olunacaq və  bu işdə əli olan komandalara, klub rəsmilərinə, məşqçilərə və futbolçulara qarşı ciddi sanksiyalar tətbiq olunacaq.

 

Mənbə: affa.az