[b]AFFA “İnter”lə “Kəpəz”i cəzalandırdı[/b]
01.11.2016 - 12:43
[b]AFFA “İnter”lə “Kəpəz”i cəzalandırdı[/b]

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz  Premyer Liqasının X turunun matçlarında yaşananlar müzakirə olunub.

“Zirə” – “Kəpəz” oyununda 4 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 800 manat cərimə olunub. Qarşılaşmanın 70-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Tural Axundov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub isə 200 manat ziyana düşüb.

“İnter” – “Sumqayıt” matçının 83-cü dəqiqəsində meydançaya azarkeş daxil olduğu üçün oyunda fasilə yaranıb. Meydan sahibləri oyunda təhlükəsizliyi tam təmin etmədiyinə görə klub 4000 manat cərimələnib.