Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Apasport.az saytının məlumatına görə, toplantıda “Qarabağ”ın müraciətinə də baxılıb.
Belə ki, Premyer Liqanın XVIII turunda "Kəpəz"lə səfərdə matçının 86-cı dəqiqəsində Ağdam klubunun hücumçusu Ağabala Ramazanov sarı vərəqə almışdı. Baş hakim Ömər Paşayevin qərarı ilə razılaşmayan "Qarabağ" görüşün protokolunda öz etirazını bildirmişdi. Lakin İntizam Komitəsi bu etirazları qəbul etməyərək, hakim qərarını qüvvədə saxlayıb. Ağabala Ramazanov isə vərəqə limitini dolduraraq cəzalı duruma düşüb. O, XIX turda "Qəbələ" ilə səfər oyununu buraxmalı olacaq.
Qeyd edək ki, “Qəbələ” – “Qarabağ” qarşılaşması fevralın 19-da keçiriləcək.