[b]AFFA Konfransın yeri və vaxtını dəyişdirdi[/b]
07.03.2017 - 09:50
AFFA-nın növbəti Hesabat Konfransının yeri və vaxtı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, buna təşkilati işlər səbəb olub.
Konfrans martın 15-də keçiriləcək. “Boulevard Hotel”də təşkil olunacaq tədbir saat 10:00-da başlayacaq.
Qeyd edək ki, öncədən Konfransın martın 16-da “Hilton” otelində təşkil edilməsi planlaşdırılmışdı.
Mənbə: affa.az
0
0