[b]AFFA nümayəndələri FİFA Konqresində[/b]
11.05.2017 - 10:38
Bu gün Bəhreyndə FİFA-nın 67-ci Konqresi keçiriləcək. Apasport.az saytının məlumatına görə, tədbirdə AFFA nümayəndələri də iştirak edəcək.
Konqresdə ölkəmizi assosiasiyanın baş katibi Elxan Məmmədov, beynəlxalq əlaqələr şöbəsinin müdiri Könül Mehtiyeva və AVRO-2020-nin AFFA təşkilat komitəsinin koordinatoru Nazim Əliyev təmsil edəcək.
Mənbə: affa.az
0
0