[b]Afrikada ilin ən yaxşı futbolçusu kim olacaq?[/b]
23.12.2016 - 10:02
[b]Afrikada ilin ən yaxşı futbolçusu kim olacaq?[/b]

Afrikada 2016-cı ilin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Afrika Futbol Federasiyası yekun “üçlüy”ü müəyyənləşdirib.

 

Bunlar Dortmund “Borussiya”sının qoleadoru Pyerr-Emerik Obameyanq (Qabon), “Liverpul”un hücumçusu Sadio Mane (Seneqal) və “Lester”in yarımmüdafiəçisi Riyad Mahrezdi (Əlcəzair). Qalibin adına yanvarın 5-də aydınlıq gələcək.

 

Həmin gün Nigeriyanın Abudje şəhərində keçiriləcək tədbirdə ilin ən yaxşı futbolçusu mükafatlandırılacaq.