[b]Afrikanın ən yaxşısı adına 5 namizəd[/b]
22.11.2016 - 19:52
[b]Afrikanın ən yaxşısı adına 5 namizəd[/b]

Afrikada ilin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb. Apasport.az saytının məlumatına görə, sözügedən ada 5 futbolçu namizəddi.

 

Belə ki, “Lester”dən Riyad Mahrez və İslam Slimani, Dortmund “Borussiya”sından Pyer Emerik Obameyanq, “Liverpul”dan Sadio Mane və “Roma”nın yarımmüdafiəçisi Muhammed Salah ən yaxşı olmaq üçün qiyabi mübarizə aparacaqlar.

 

Qeyd edək ki, qalibin adı yanvarın 5-də açıqlanacaq. Seçimi isə mütəxəssislər və Afrika ölkələrinin yığmalarının baş məşqçiləri edəcəklər.