[b]Ağabala Ramazanov əməliyyat olundu[/b]
13.04.2016 - 17:09
[b]Ağabala Ramazanov əməliyyat olundu[/b]

Topaz Premyer Liqasının XXX turunda AZAL-la qarşılaşacaq “Sumqayıt” heyətlə bağlı problemlər yaşayır. Bu məlumatı apasport.az saytına klubun baş məşqçisi Samir Abasov verib.

 

Ötən turda “Qəbələ” ilə heç-heçə edən “gənclik şəhəri” təmsilçisinin 2 aparıcı oyunçusu “təyyarəçilər”lə görüşü buraxa bilər. Bunlar müdafiəçi Vurğun Hüseynov və hücumçu Ağabala Ramazanovdu.

 

Samir Abasov forvardın durumunun nisbətən ciddi olduğunu bildirib: “Vurğun “Qəbələ” ilə matçda zədələndi və zədəli vəziyyətdə sona qədər oynadı. Bu gündən fərdi məşqlərə başlayıb. Ağabalanın isə dişindəki ağrıya görə vəziyyəti pisləşmişdi, onu xəstəxanaya aparmışdılar. Damağından əməliyyat olunub. Həkimlər deyib ki, hələ soyuğa vermək olmaz. Hər iki futbolçu sabah kollektivlə birgə məşq edə bilsə, AZAL-la oyuna yetişəcək. Digər zədəli futbolçumuz Aleksandr Çertoqanov isə artıq sağalıb, komanda ilə məşqlərdə iştirak edir”.

 

Gənc mütəxəssis XXIX turda “Qəbələ” ilə oyunda azarkeşi təhqir edən yığma komandamızın hücumçusu Ağabala Ramazanovun cəzalandırılmayacağını söyləyib: “Ağabala ilə rəhbərliyin söhbəti oldu. Onu başa saldılar. Dedi ki, oyun zamanı əsəbi idim. Həmin azarkeşimizi o hadisədən sonra görməmişik. Ondan mütləq üzr istəyəcəyik. O ki qaldı cəzaya, fikrimcə, Ağabala bizi başa düşdü. Bu səbəbdən də hər hansı cəzaya ehtiyac duymadıq”.

 

Qeyd edək ki, AZAL – “Sumqayıt” oyunu aprelin 17-də keçiriləcək.

0