[b]Ağayev və Mahmudovun komandasından qolsuz heç-heçə[/b]
04.03.2017 - 10:20
[b]Ağayev və Mahmudovun komandasından qolsuz heç-heçə[/b]

Portuqaliya çempionatında XXIV tura start verilib. Apasport.az saytı xəbər verir ki, Azərbaycan yığmasının üzvləri Kamran Ağayev və Emin Mahmudovun çıxış etdikləri “Boavişta” klubu “Moreyrense”nin qonağı olub.

 

Tərəflərin cəhdlərinə baxmayaraq, oyunda qol vurulmayıb.

 

Həmyerlilərimiz bu görüşdə iştirak etməyiblər. Zədəli olduqları üçün onların adları “18-liy”ə də daxil edilməyib.

 

Qeyd edək ki, 24 turdan sonra 30 xal toplayan “Boavişta” hazırda turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.