“Arsenal”ın futbolçusu Aleksis Sançes yeni təklif alıb. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, PSJ və “Atletiko”nun ardınca “Yuventus” da çilili hücumçu ilə danışıqlara start verib.
Sançesə 3 illik müqavilə təklif edən turinlilər 28 yaşlı futbolçuya ildə 15 milyon avro məvacib verməyə hazırdılar. “Qoca sinyora” Aleksisə görə 42 milyon avro tələb edən “Arsenal” rəhbərliyi ilə də ortaq məxrəcə gəlməyi planlaşdırır.
“Topçular” müqaviləsinin müddəti 2018-ci ildə bitəcək Sançesə illik 11 milyon avro məvacib nəzərdə tutulmuş yeni sözləşmə təklif etsə də, təcrübəli forvard hələ ki, cavab verməyib. Məhz bu məqam Çili yığmasının üzvünün “Yuventus”a keçmək ehtimalını artırıb.
Qeyd edək ki, Sançes 2014-cü ildən “Arsenal”ın formasını geyinir.