[b]Almaniya – Azərbaycan oyununda islandiyalı hakimlər[/b]
03.10.2017 - 13:52
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin Almaniya – Azərbaycan matçının hakimləri bəlli olub. Apasport.az saytının məlumatına görə, UEFA Kotbusda keçiriləcək görüşə təyinatları açıqlayıb.
Oktyabrın 6-da baş tutacaq qarşılaşmanı islandiyalı hakimlər idarə edəcək. Görüşün baş hakimi Vilhyalmur Torarinsson olacaq.
Onun köməkçisi funksiyasını Qilfi Mar Siqurdsson və Frosti Vidar Qunnarsson yerinə yetirəcək. Görüşün dördüncü hakimi isə Toroddur Hyaltalindi.
Qeyd edək ki, “Frendşaft” stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0