[b]Almaniya çempion oldu, İspaniya İtaliyaya çatmaq şansını əldən verdi[/b]
01.07.2017 - 01:13
[b]Almaniya çempion oldu, İspaniya İtaliyaya çatmaq şansını əldən verdi[/b]

U-21-lərdən ibarət yığma komandalar arasında Avropa Çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, Polşada təşkil olunan AÇ-2017-nin finalında Almaniya və İspaniya yığmaları qarşılaşıb.

 

Həlledici matçın taleyini bir qol həll edib. Mitçell Vayzerin 40-cı dəqiqədə vurduğu yeganə qol almanlara qitə çempionluğunu qazandırıb.

 

Bu, “bundestim”in U-21 yığma səviyyəsində ikinci qitə çempionluğudu. İlk dəfə bu komanda 2009-cu ildə Avropanın ən güclüsü olmuşdu.

 

Qeyd edək ki, U-21-lərin Avropa birinciliyində ən çox çempion olan komanda İtaliya yığmasıdı (5 dəfə). Bu dəfə finalda uduzan ispanlar isə 4 dəfə qitə çempionu olublar.