[b]Almaniya futbolunda “lipa” qalmaqalı[/b]
15.09.2017 - 17:25
[b]Almaniya futbolunda “lipa” qalmaqalı[/b]

Dortmund “Borussiya”sının yeniyetmə futbolçusu Yussufa Mokoko müzakirə mövzusuna çevrilib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Almaniyanın U-16 yığmasının üzvü ilə bağlı yaş testi aparılacaq.

 

Maraqlıdı ki, “Borussiya”nın U-17 komandasına yeni yüksələn Mokokonun cəmi 12 yaşı var. Ötən mövsüm U-15-in heyətində keçirdiyi 21 matçda 33 qola imza atan forvard daha iki yaş yuxarı qrupa yüksəldilib. Futbolçu U-17 komandasında da uğurlu start götürərək 5 görüşdə rəqib qapılarından 13 top keçirib. Cəmi 12 yaşı olmasına baxmayaraq, 15-16 yaşlı komanda yoldaşlarından daha cüssəli və uzun görünən Kamerun əsilli oyunçu Almaniyanın U-16 komandasının heyətində Avstriya ilə görüşdə də fərqlənib.

 

Məhz bundan sonra futbolçunun yaşı ölkədə ciddi söz-söhbətə səbəb olub. Atasının 66, anasının 28, sevgilisinin isə 18 yaşı olan Mokokodan klubu “Borussiya”, həmçinin Almaniya Futbol İttifaqı yaş testi tələb edib.