[b]Almaniya futbolunda şok istefa[/b]
07.11.2017 - 10:19
[b]Almaniya futbolunda şok istefa[/b]

Almaniyada videotəkrar layihəsinin rəhbəri Helmut Kruq gözlənilmədən vəzifəsindən qovulub. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb kimi, onun tərəfkeşlik etməsi göstərilib.

 

Belə ki,  “Şalke” ilə “Volfsburq” arasında Bundesliqa matçında Kruq video-hakimin qərarını iki dəfə “Şalke”nin lehinə dəyişdirib. Almaniya KİV-i məhz Kruqun tapşırığı ilə video-hakimin bir epizodda qonaqların qapısına penalti olduğunu dediyini və “Volfsburq”un penalti gözlədiyi epizodda fərqli qərar qəbul etdiyini yazıb.

 

Hakim təyinatlarına birbaşa təsir edən sabiq referinin Gelzenkirxendə anadan olması “Şalke”yə simpatiya bəsləməsinə zəmin yaradıb. 61 yaşlı mütəxəssisin istefasından sonra Almaniya Futbol İttifaqı rəhbər şəxslərin bundan sonra video-hakimlərlə əlaqə saxlamasını qadağan edib.

 

Qeyd edək ki, X tur çərçivəsində keçirilən “Şalke” – “Volfsburq” qarşılaşması 1:1 hesabı ilə nəticələnib.

0