[b]Almaniya millisinin oyunçusu “Çelsi”də[/b]
09.07.2017 - 19:21
[b]Almaniya millisinin oyunçusu “Çelsi”də[/b]

“Çelsi” yeni transferini rəsmən açıqlayıb. Apasport.az saytının məlumatına görə, “zadəganlar” “Roma”nın alman futbolçusu Antonio Rüdigerin keçidini həll edib.

 

Müdafiəçi ilə 5 illik anlaşma imzalanıb. Müqavilənin maddi tərəfi haqqında isə məlumat verilməyib.

 

Qeyd edək ki, “Ştutqart”ın yetirməsi olan Rüdiger 2015-ci ildən “Roma”da çıxış edirdi. O, Almaniya millisində də 17 matçda forma geyinib.