“Real”ın aparıcı futbolçusu Toni Kroos yayda klubunu dəyişə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bu, “kral klubu”nun cari mövsümdəki nəticələrindən asılı olacaq.
Belə ki, “Mançester Yunayted”dən sərfəli təklif alan Almaniya millisinin yarımmüdafiəçisi ingilislərdən yaya qədər vaxt istəyib. Əgər madridlilər bu mövsüm La Liqanın və ya Çempionlar Liqasının qalibi olmasalar, Kroos Mançesterə köçməyə razılıq verəcək.
“Real”ın digər yarımmüdafiəçisi Hames Rodriges isə klubla yeni müqavilə imzalamağın tərəfdarıdı. Ancaq bir şərtlə ki, digər orta sahə oyunçusu İsko mövsümün sonunda başqa kluba keçməlidi.