Son dünya çempionu Almaniya millisinin yoxlama görüşləri üçün heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Yoahim Löv İngiltərə və İtaliya ilə yoldaşlıq görüşlərində xidmətindən yararlanacağı oyunçuların adlarını müəyyənləşdirib.
AVRO-2016-nın final mərhələsinə hazırlaşan almanlar martın 26-da Berlində İngiltərə, 29-da isə Münhendə İtaliyanı qəbul edəcəklər. Löv bu qarşılaşmalara 27 oyunçu dəvət edib ki, onlardan 11-i legioner həyatı yaşayır.
Qapıçılar: Bernd Leno (“Bayer”), Manuel Noyer (“Bavariya”), Mark-Andre ter Ştegen (“Barselona”, İspaniya), Kevin Trapp (PSJ, Fransa)
Müdafiəçilər: Mattias Ginter, Mats Hummels (hər ikisi “Borussiya”, Dortmund), Əmrə Can (“Liverpul”, İngiltərə), Conas Ektor (“Köln”), Şkodran Mustafi (“Valensiya”, İspaniya), Antonio Rudiger (“Roma”, İtaliya), Sebastyan Rudi (“Hoffenhaym”), Conatan Tah (“Bayer”)
Yarımmüdafiəçilər: Andre Şürrle, Yulian Draksler (“Volfsburq”), Kərim Bellarabi, Kristof Kramer (hər ikisi “Bayer”), Sami Kedira (“Yuventus”, İtaliya), Toni Kroos (“Real”, İspaniya), Tomas Müller (“Bavariya”), Məsut Özil (“Arsenal”, İngiltərə), Lukas Podolski (“Qalatasaray”, Türkiyə), Marko Roys (“Borussiya”, Dortmund), Bastian Şvaynştayger (“Mançester Yunayted” İngiltərə)
Hücumçular: Mario Qomes (“Beşiktaş”, Türkiyə), Mario Getze (“Bavariya”), Maks Kruz (“Volfsburq”), Kevin Volland (“Hoffenhaym”).
Qeyd edək ki, Almaniya yığması DÇ-2018-in seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alıb.