[b]Almaniyadan möhtəşəm azarkeş rekordu[/b]
23.06.2017 - 21:38
Almaniyada 2016/17 futbol mövsümü azarkeş sayında möhtəşəm göstərici ilə yadda qalıb. Apasport.az saytının məlumatına görə, I və II Bundesliqanın oyunlarını rekord sayda tamaşaçı izləyib.
Belə ki, iki çempionatda iştirak edən 36 komandanın oyunlarında üst-üstə 19 049 362 azarkeş olub. Bu isə ötən mövsümün göstəricisindən 1.3% daha çoxdur.
Birinci Bundesliqada hər oyunda iştirak edən azarkeş sayı isə orta hesabla 40 693 olub. Stadionların dolma faizi isə orta hesabla 91%-ə bərabərdi.
0
0