Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Viktoriya”nın təmsil etdiyi Çexiya komandaları Azərbaycan klubları üçün amansız rəqibdi. Apasport.az saytının məlumatına görə, təmsilçilərimizlə 3 dəfə yolları kəsişən çexiyalılar bütün duellərdə mübarizəni davam etdirən tərəf olub.
3 duel çərçivəsindəki 6 oyundan 5-də uduzan komandalarımızın yeganə təsəllisi heç-heçə olub. Buna da son matçda “Karvan” nail olub. Yevlax təmsilçisi evdə uduzandan sonra heç bir faydası olmayan bərabərlik əldə edib. Bu, UEFA kubokunun 2006/07 mövsümünə təsadüf edib. Bakıda 2 cavabsız qol vuran “Slaviya” öz meydanında sülhə razılaşıb.
Çexiya klublarına uduzduğumuz 5 qarşılaşmadan üçündə isə böyük hesab qeydə alınıb. Ən ağır zərbəni isə elə “Qarabağ” alıb. Ağdamlılar UEFA kubokunun 1997/98 mövsümdə “Yablonets” önündə darmadağın olublar. Çexiyada 5 cavabsız qol buraxan təmsilçimiz evdə də 0:3 hesabına üzülüb. “Qarabağ” 19 ilin qisasını Plzen klubundan almağa çalışacaq.
2000/01 mövsümündə isə “Şəmkir” hər iki matçda çexiyalılara uduzub. Qərblilər Çempionlar Liqasında mərhələ keçən ilk klubumuz olduğu il “Slaviya” önündə aciz qalıb. Səfərdə 0:1-ə üzülən şəmkirlilərin cavab matçına ümidləri olsa da, çexiyalılar ölkəmizdə də 4:1 hesablı qələbə əldə edib.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA