Mövsümə uğursuz start götürən “Bavariya”da baş məşqçi dəyişikliyi olacaq. Apasport.az-ın ESPN nəşrinə istinadən məlumatına görə, Münhen klubunun çalışdırıcısı Karlo Ançelotti vəzifəsindən istefa verib.
Çempionlar Liqasının II turunda PSJ-yə böyükhesablı (0:3) məğlubiyyətdən sonra italiyalı mütəxəssisin istefa ərizəsini rəhbərliyə təqdim etdiyi bildirilir. Bu gün axşam saatlarında Bundesliqa çempionunun mətbuat konfransı təşkil edərək bu ayrılığı rəsmən açıqlaması gözlənilir. Komanda müvəqqəti olaraq Ançelottinin köməkçisi Villi Sanyola tapşırılacaq.
Qeyd edək ki, “Bavariya” hazırda Bundesliqada III pillədə qərarlaşıb.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”