“Real”ın 3 futbolçusu mövsümün sonunda klubunu dəyişə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, söhbət yarımmüdafiəçilər İsko, Hames Rodriges və hücumçu Alvaro Moratadan gedir.
Adıçəkilən oyunçularla “Bavariya” yaxından maraqlanır. Onların Almaniyaya köçməsində münhenlilərin baş məşqçisi Karlo Ançelotti maraqlıdı. Rodriges və Morata “Re al”da o qədər də xoşbəxt deyillər. Buna səbəb onların nadir hallarda əsas heyətə düşməsidi. Oyun praktikası baxımından əziyyət çəkən futbolçular Münhenə köçməyə müsbət baxırlar.
“Real”la müqaviləsinin müddəti 2018-ci ilin yayında başa çatacaq İsko da komandası ilə yeni sözləşmə imzalamağa tələsmir. Bu isə onun da “kral klubu”ndan ayrılmaq ehtimalını artırır.