[b]Andrey Şevçenko baş məşqçi olur[/b]
21.06.2016 - 10:10
[b]Andrey Şevçenko baş məşqçi olur[/b]

Ukrayna yığmasında baş məşqçi dəyişikliyi olacaq. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Avropa çempionatında uğursuz çıxışla yadda qalan ukraynalılarda baş məşqçi Mixail Fomenko postunu tərk etməyə hazırlaşır.

 

Qrupdakı ilk iki qarşılaşmada məğlub olan Fomenkonun komandası bu gün son matçda Polşa ilə üz-üzə gələcək və nəticədən asılı olmayaraq, Fransanı tərk edəcək. Çalışdırıcı qarşılaşmadan əvvəl futbolçularla görüşərək, onlarla vidalaşıb. Baş məşqçi oyunçularından son görüşdə qələbə qazanmağı və onu mojor notda yola salmağı xahiş edib.

 

Ukrayna Futbol Federasiyası yeni baş məşqçini də artıq tapıb. Belə ki, bu il Fomenkonun köməkçisi təyin edilən əfsanəvi Andrey Şevçenkonun baş məşqçi postuna gətirilməsi gözlənilir. Hazırda yeganə namizəd Şevadı və federasiya vətənə döndükdən dərhal sonra 40 yaşlı mütəxəssisə rəsmi təklif edəcək.

 

Sentyabrda DÇ-2018-in seçmə mərhələsi start götürdüyündən, ukraynalılar ən geci iyul ayında Şevçenkonu təqdim etmək və onun köməkçilərini qətiləşdirmək niyyətindədi.

 

Qeyd edək ki, Ukrayna yığması AÇ-2016-nın qrupunda həm Almaniya, həm də Şimali İrlandiyaya 0:2 hesabı ilə məğlub olub.