[b]Ansi Aqolli Albaniyaya yollanır[/b]
25.08.2017 - 17:36
Albaniya millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Kristian Paniççi güvənəcəyi “24-lüy”ü müəyyənləşdirib.
O, “Qarabağ”ın müdafiəçisi Ansi Aqollini də siyahıya daxil edib. Albanlar sentyabrın 2-də evdə Lixtenşteynlə, 3 gün sonra səfərdə Makedoniya ilə üz-üzə gələcəklər.
Qeyd edək ki, Aqolli yığmasının kapitanıdı.
0
0