[b]Ansi Aqollinin harda oynayacağı dəqiqləşdi[/b]
09.11.2016 - 21:47
[b]Ansi Aqollinin harda oynayacağı dəqiqləşdi[/b]

Albaniya Futbol Federasiyası DÇ-2018-in seçmə mərhələsi çərçivəsində İsrailə qarşı oyunun Elbasan şəhərində keçiriləcəyini bildirib. Apasport.az saytının məlumatına görə, matçın keçiriləcəyi məkan daha əvvəldən razılaşdırılsa da, son günlər baş verən hadisələr bunu şübhə altına salmışdı.

 

Belə ki, Albaniyada bir neçə İŞİD teror təşkilatı üzvü saxlanıldıqdan sonra İsrail tərəfi oyun yerinin dəyişdirilməsini tələb etmişdi.

 

Qeyd edək ki, Albaniya – İsrail oyunu noyabrın 12-də saat 23:45-də start götürəcək.