[b]Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib[/b]
12.12.2016 - 18:01
[b]Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib[/b]

Bu gün AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib. Apasport.az assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, toplantıda “Təhsil” Respublika İdman Mərkəzinin məşqçi Tural Kərimovla bağlı müraciətinə və “İnter” PİK-in U-17 komandasının futbolçusu Riyad Abbaszadənin müraciətinə baxılıb.

 

Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub ki, AFFA-nın İntizam Komitəsinin “Təhsil” Respublika İdman Mərkəzinin məşqçisi Tural Kərimovla bağlı çıxardığı qərar qüvvədə saxlanılsın və “İnter” PİK-in U-17 komandasının futbolçusu Riyad Abbaszadə barədə İntizam Komitəsinin qəbul etdiyi qərar qismən dəyişdirilsin, futbolçu intizam tədbiri olaraq  6 aylıq  sınaq müddəti təyin olunmaqla verilmiş cəzadan azad olunsun.

 

6 aylıq sınaq müddəti ərzində futbolçu Riyad Abbaszadə analoji hərəkətlərə yol verəcəyi təqdirdə, ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunacaq.