[b]Aquero ispaniyaya qayıtsa, daha 3 ulduz klubunu dəyişəcək[/b]
07.02.2017 - 12:03
[b]Aquero ispaniyaya qayıtsa, daha 3 ulduz klubunu dəyişəcək[/b]

“Mançester Siti”nin hücumçusu Serxio Aquero mövsümün sonunda klubunu dəyişməyə hazırlaşır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, argentinalı forvard artıq təkliflər də alıb.

 

Yeni transfer Qabriel Jezusun gəlişindən sonra baş məşqçi Pep Qvardiola tərəfindən ehtiyata məhkum edilən Aquero karyerasını İspaniyada davam etdirə bilər. Çünki “Real” və “Barselona” onun xidmətində maraqlıdı. “Daha 3 ay komandaya kömək edəcəm” deyən 29 yaşlı yaşlı oyunçunu ən çox heyətində görmək istəyən komanda “Real”dı.  “Kral klubu” bu keçid üçün 80 milyon avrosundan keçməyə də hazırdı.

 

Madridlilər Aquero ilə anlaşa bilsələr, mövsümün sonunda Kərim Benzema ilə yollarını ayıracaqlar. Belədə “Arsenal” fransalı forvard üçün “Real”a müraciət edəcək və komandadan ayrılmaq istəyən Aleksis Sançesin gedişinə mane olmayacaq. Sançesin isə 60 milyon avroya “Atletiko”ya transferi gündəmdədi. Bu transfer də madridlilərin hücumçusu Antuan Qrizmannın “Mançester Yunayted”ə yolunu açacaq.

 

Qeyd edək ki, Serxio Aquero “Mançester Siti”yə 2011-ci ildə “Atletiko”dan keçib.