[b]Araz Abdullayev meydana daxil oldu, komandası qələbə qazandı[/b]
28.08.2017 - 10:10
Yığmamızın futbolçusu Araz Abdullayev Kiprin “Anortosis” klubunda növbəti oyununu keçirib. Apasport.az saytı xəbər verir ki, Abdullayevin komandası ölkə çempionatının II turu çərçivəsində səfərdə “Oroklini” ilə qarşılaşıb.
Matç “Anortosis”in 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Start heyətində yer almayan Araza 86-cı dəqiqədə şans verilib. Abdullayevin meydana daxil olması komandası üçün düşərli olub. Belə ki, cəmi 1 dəqiqə sonra qonaqlar hesabı açıblar.
Qeyd edək ki, bu qələbədən sonra “Anortosis” xallarının sayını 4-ə çatdırıb.
0
0